Balakəndə stolüstü tennis turniri keçirib


 "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə Balakən şəhərində açıq havada ailələr arasında stolüstü tennis turniri keçirilib. Turnirdə 30-dan çox ailə iştirak edib.
İlk dəfə təşkil edilən turnirin əsas məqsədi regionlarda idmana marağı artırmaq, sağlam həyat tərzinin təbliğinə, eyni zamanda, sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək verməkdir.
Ailələrin yarışından əvvəl RİİB könüllüləri və ASTF-in üzvləri arasında yoldaşlıq görüşü keçirilib.
Ailələrin turniri iki saat davam edib və sonda qaliblər müəyyənləşib. Turnirin finalında Quliyevlər və Dibirovlar ailələri qarşılaşıblar. Quliyevlər ailəsi 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Məmmədovlar ailəsi turniri üçüncü pillədə başa vurub.
İlk üç yerin sahiblərinə kubok və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.


Bu yazı

8910 dəfə oxunub

Tarix

2019-07-17 18:31:34

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev