Nigeriya Afrika Millətlər kubokunun bürünc medalını qazanıb


İyulun 17-də Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.
Turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.
Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.
Turnirin final görüşü iyulun 19-da keçiriləcək. Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.


Bu yazı

3803 dəfə oxunub

Tarix

2019-07-18 12:41:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev