İlin ən dəbli və varlı idmançısı



ABŞ tennisçisi Serena Uilyams 2019-cu ilin ən dəbli idmançısı seçilib. Qadın idmançı ABŞ-ın "Sports Illustrated” jurnalının bu ilin 50 ən parlaq və dəbli idmançıları siyahısında birinci yerdə qərarlaşıb. Məlumat üçün bildirək ki, Serena Uilyams artıq bir neçə ildir geyim və dəb sahəsində çalışır. O, idman geyimləri istehsal edən "Aners Designs” firmasının, eləcə də "Serena” brendinin sahibidir.
Qeyd edək ki, bundan əvvəl Serena Uilyams "Forbes” jurnalının nominasiyasında dünyanın ən varlı qadınları siyahısına daxil edilib. 23 dəfə "Böyük dəbilqə” turnirini qazanan tennisçi öz sərvətinin böyük əksəriyyətini tennis turnirlərində qazanıb.


Bu yazı

3923 dəfə oxunub

Tarix

2019-07-20 15:29:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev