Cüdoçularımız festivala 1 qızıl və 2 bürünc medalla başladılar


Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci gününə yekun vurulub. Azərbaycan idmançıları yarışların birinci günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) yazdırıb. İdmançımız həlledici görüşdə rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək qızıl medala layiq gorulub. Komandamızın digər üzvü Şükran Zamanlı (55 kq) üçüncü yer uğrunda görüşdə ukraynalı Vladislav Kolobovu ipponla məğlub edərək bürünc medala sahib olub. 
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında digər bürünc medalı komandamıza qadın idmançımız Gülşən Bəşirova (44 kq) qazandırıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib. 
Qeyd edək ki, festivalın cüdo yarışlarında 40 ölkədən 297 idmançı mübarizə aparır. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.

İyulun 25-də qızlar 52, 57 və 63, oğlanlar 66 və 73, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.



Bu yazı

3982 dəfə oxunub

Tarix

2019-07-24 19:05:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev