Vüqar Talıbov: "Həlledici görüşdə məğlub olmaq idmançıya pis təsir edir"


Qızıl medalın bir addımlığında uduzmaq çox ağırdır. Bunu yalnız finalda uduzan idmançılar yaxşı başa düşər. Həlledici görüşdə məğlub olduğum üçün çox məyus olmuşam. 
Bu sözləri "olimpiyadunyasi.com" saytına açıqlamasında Bakı-2019-un cüdo yarışlarının gümüş mukafatçısı Vüqar Talıbov (73 kq) deyib. 
"Yarışda yalnız qızıl medal qazanmaq istəyirdim. Lakin finalda ani bir səhv məni qızıl medaldan məhrum etdi. Demək olmaz ki, məqsədimə nail oldum. Çünki doğma azarkeşlər önündə həlledici görüşdə məğlub olmaq idmançıya pis təsir edir. Finaldakı italiyalı rəqibim çox yaxşı mübarizə aparırdı. Çox heyif ki, məğlub oldum. Çalışacağam ki, gələcək yarışlarda səhvlərimi aradan qaldırım və ölkəmizə qızıl medallar qazandırım", - deyə Vüqar Talıbov bildirib.


Bu yazı

3864 dəfə oxunub

Tarix

2019-07-25 18:33:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev