Hüseyn Məmmədov: "Komandamıza növbəti qızıl medalı qazandırdığım üçün çox sevinirəm"


Avropa Gənclər Olimpiya Festivalının qalib olaraq komandamıza növbəti qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Hazırlıqlarımız və təlim-məşq toplanışları öz bəhrəsini verdi. 


Bu sözləri "olimpiyadunyasi.com" saytına açıqlamasında Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının qalibi Hüseyn Məmmədov (+90 kq) deyib. 


"Yarışlar çox çətin keçdi. Mənim üçün əsas rəqiblərindən biri almaniyalı idmançı idi. O ötən ay Polşada keçirilən Avropa birinciliyinin qalibi olmuşdu. Bu dəfə həmin idmançını üstələdim. Final görüşüm də çətin keçdi. Həlledici görüşdə rusiyalı idmançıya qalib gəldim. Komandamıza növbəti qızıl medalı 
qazandırdığım üçün çox sevinirəm. Bu qələbə karyeramda qazandığım ən böyük uğurdur. Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm", - deyə Hüseyn Məmmədov bildirib.


Bu yazı

4321 dəfə oxunub

Tarix

2019-07-26 18:13:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev