O, hazırda dünyada ən yaxşı döyüşçüdür


Kanadalı Jorj Sen-Pyer yüngül çəki dərəcəsində mütləq döyüş çempionatının (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurmaqomedovu dünyada ən yaxşı MMA döyüşçüsü adlandırıb.
38 yaşlı kanadalı bu fikri "MMA Fighting” nəşrinə müsahibəsində söyləyib. Sen-Pyer bu ilin fevral ayında öz karyerasını bitirdiyini elan edib. Həbib ən yaxın döyüşünü sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Poryeyə qarşı keçirəcək.
Sen-Pyer deyib: "Əgər mən karyeramda ən mühüm döyüş keçirmək və irs qoymaq istəsəm, indi mənim qalib gəlməli olduğum insan məhz Həbibdir. Mənim nəzərimdə o, hazırda dünyada ən yaxşı döyüşçüdür. Həbib bir dəfə də məğlub olmayıb və öz zəif cəhətlərini göstərməyib. Heç kəs ona qalib gələ bilməyib, buna görə də onunla döyüş mənim üçün çox maraqlıdır”.
H.Nurmaqomedov Sen-Pyerə bu il noyabr ayında döyüş keçirməyi təklif edib. Rusiyalı döyüşçü kanadalı həmkarına təklif edib ki, qarşıdakı döyüşdə çəki dərəcəsini, həmçinin döyüşün keçiriləcəyi yer kimi Moskva, Monreal, Nyu-York və Əbu-Dabi şəhərlərindən birini özü seçsin.
Xatırladaq ki, 38 yaşlı Sen-Pyer qarışıq təknövçülükdə 28 döyüş keçirib. Bu döyüşlərin 26-da qalib gəlib (o cümlədən 14-də vaxtından əvvəl) və 2 döyüşdə məğlub olub.


Bu yazı

7933 dəfə oxunub

Tarix

2019-07-28 11:41:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev