Cüdoçumuz dünya reytinq cədvəlində üçüncü pillədədir


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq) dünya reytinq cədvəlində irəliləyib.
Dünya çempionatının kubalı mükafatçısı İvan Moralesi üstələyən təmsilçimiz üçüncü pilləyə yüksəlib.
Komandamızın 73 kiloqram çəki dərəcəsindəki təmsilçiləri Rüstəm Orucov reytinq cədvəlində liderliyini qoruyub, Hidayət Heydərov isə altıncı mövqedədir. Ağır çəkili cüdoçularımız Elmar Qasımov (100 kq) onuncu, Uşangi Kokauri (100 kq-dan yuxarı) isə 15-ci pillədə qərarlaşıblar.
Millimizin digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 27-ci, Kəramət Hüseynov 37-ci, Orxan Səfərov (hər ikisi 60 kq) isə 38-ci pillədə yer alıblar.
Qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) isə dünya reytinq cədvəlində beşincidir.




Bu yazı

7004 dəfə oxunub

Tarix

2019-07-31 11:27:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev