Qadın voleybolçularımız ilk oyunda məğlub oldular



Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində ilk oyununu keçirib.
24 yığma komandanın çıxış edəcəyi turnirdə Azərbaycan millisi "D” qrupunda Braziliya, Dominikan Respublikası və Kamerun ilə birgə yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları Braziliyanın Uberlandiya şəhərində təşkil olunub.
Komandamız ilk görüşündə Dominikan Respublikası ilə qarşılaşıb. Qarşılaşma rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda isə Braziliya millisi Kamerunu məğlub edib – 3:0.
"A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, "B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, "C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, "E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, "F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparır.
"A” qrupunun oyunlarına Polşa, "B” qrupunun görüşlərinə Çin, "C” qrupuna ABŞ ev sahibliyi edir. Rusiyada "E”, İtaliyada isə "F” qrupunun qarşılaşmaları keçirilir.
Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa Tokio 2020-yə vəsiqə əldə edəcəklər.



Bu yazı

10251 dəfə oxunub

Tarix

2019-08-02 13:57:34

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev