Xantı-Mansiyskdə 4 şahmatçımız yarışacaq



Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında iştirak edəcək şahmatçıların ilkin siyahısını açıqlayıb.
Xantı-Mansiyskdə təşkil ediləcək yarışda 4 şahmatçımız - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Nicat Abbasovun iştirakı planlaşdırılıb. Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.
Şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin Qran-Priləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Riqada keçirilmiş Qran-Prinin ikinci mərhələsində Şəhriyar Məmmədyarov qalib olub. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır. Digər iki şahmatçımız E.Səfərli və N.Abbasov Avropa çempionatında ən yüksək nəticə əldə edən ilk 24-lükdə yer aldıqları üçün turnirə vəsiqə əldə ediblər.
Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.



Bu yazı

7740 dəfə oxunub

Tarix

2019-08-02 19:00:36

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev