Zəka sahiblərimiz qitə birinciliyində liderlər qrupunda qərarlaşıblar


Azərbaycan şahmatçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxışlarını davam etdirirlər.
Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Read Səmədov, Murad Mehdizadə, Xəqan Əhməd, Yusif Kərimli, Rafael Bayramlı, Gövhər Beydullayeva, Səmra Qasımova, Zərifə Abbasova, Səadət Bəşirli və Dinarə Hüseynova liderlər qrupunda mübarizə aparırlar.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.


Bu yazı

4754 dəfə oxunub

Tarix

2019-08-04 10:12:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev