Ən bahalı müdafiəçi



"Mançester Yunayted” klubu müdafiəçi Harri Maquayrın "Lester Siti”dən transferi üçün 80 milyon funt sterlinq (87 milyon avro) ödəyib. Futbolçu ilə 6+1 il müddətə müqavilə imzalanıb.
Bununla da H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. Belə ki, ötən il "Liverpul” klubu hollandiyalı Virgil van Diyk üçün 84,65 milyon, cari ilin yay transfer pəncərəsində isə "Yuventus” onun həmyerlisi Mathiys de Liqt üçün 85,5 milyon avro ödəyib.
İyirmi altı yaşlı H.Maquayr 2017-ci ilin iyulunda 13,7 milyon avroya "Lester Siti” komandasına keçid edib. O, "Lester Siti”dən əvvəl "Hull Siti” və "Uiqan Atletik” klublarında forma geyinib. Müdafiəçi İngiltərə milli komandasının heyətində 20 oyunda meydana çıxıb.


Bu yazı

2044 dəfə oxunub

Tarix

2019-08-05 14:18:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev