“Pəhləvan” İK-in güləşçisi dünya birinciliyinin gümüş medalına sahib çıxdı


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya birinciliyi keçirilib. Yarışda uğurla çıxış edən yunan-Roma güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq dünya birinciliyində ikinci olublar.
Yarışda medal qazanan idmançılar arasında "Pəhləvan” idman klubunun yetirməsi də var. Klubdan verilən məlumata görə istedadlı yunan-Roma güləşçisi Elmir Əliyev 51 kq çəki dərəcəsində dünya birinciliyinin gümüş medalına sahib çıxıb. O, 4 idmançıya qalib gəldikdən sonra finalda güclü iran idmançısı ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə 2-1 hesabı ilə məğlub olan E.Əliyev gümüş medala layiq görülüb.
Qeyd edək ki, Elmir Əliyevin məşqçisi Azərbaycanın Əməkdar məşqçisi Elnur Müzəffərovdur.


Bu yazı

2776 dəfə oxunub

Tarix

2019-08-06 16:47:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev