Millinin baş məşqçisi komandadan ayrıldı



Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.
İclasda səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi mütəxəssisə yığma komandalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Artıq yeni baş məşqçi ilə danışıqlar başlayıb. Millini çalışdıracaq mütəxəssisin adı yaxın günlərdə açıqlanacaq.
V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl isə iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.


Bu yazı

4873 dəfə oxunub

Tarix

2019-08-07 14:18:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev