26-cı şahmat festivalının blits turniri yekunlaşıb


Əbu-Dabidə keçirilən 26-cı şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub. Turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni beynəlxalq usta Aydın Süleymanlı (2309) göstərib. Təmsilçimiz 11 turdan 8 xal toplayaraq doqquzuncu pillədə qərarlaşıb. Bu, 14 yaşlı şahmatçımız üçün yaxşı nəticədir. Çünki yarışın yekunlarına görə ilk onluqda reytinqi 2500-dən yuxarı olan qrossmeysterlər qərarlaşıblar.
Atilla Eynullayev (1937) 6,5 xal, Altay Eynullayev (2174) 6 xal qazanıblar.
Blits turnirinin qalibi 9,5 xal toplayan iranlı qrossmeyster Parham Maqsudlu olub.


Bu yazı

7804 dəfə oxunub

Tarix

2019-08-07 18:02:07

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev