İngiltirə Premyer Liqasında növbəti mövsümün qarşılaşmaları məlum olub


Avqustun 9-da İngiltərə Premyer Liqasında 2019-2020-ci il mövsümünə start verilir.
Mövsümün ilk qarşılaşması "Liverpul” – "Norviç” klubları arasında keçiriləcək. "Anfild” stadionunda baş tutacaq açılış görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tur üç günü əhatə edəcək. Son çempion "Mançester Siti” avqustun 10-da mübarizəyə başlayacaq. Pep Qvardiolanın yetirmələri səfərdə "Vest Ham” klubu ilə üz-üzə gələcəklər.
İngiltərə Premyer Liqasında çempionluq uğrunda 20 komanda mübarizə aparacaq. Üç komanda ikinci diviziondan Premyer Liqaya yüksəlib, bunlar "Norviç”, "Aston Villa” və "Şeffild Yunayted” klublarıdır. Çempionata 2020-ci il mayın 17-də yekun vurulacaq.

Turun bütün görüşləri aşağıdakılardı:

Avqustun 10-da:

"Borneumouth”-"Şeffild Yunayted”;

"Börnli”-"Southemton”;

"Kristal Palas”-"Everton”;

"Vatford”-"Brayton Albion”;

"Tottenhem”-"Aston Villa”.

Avqustun 11-də:

"Lester Siti”-"Volverhemton”;

"Nyukasl”-"Arsenal”;

"Mançester Yunayted”-"Çelsi”


Bu yazı

1945 dəfə oxunub

Tarix

2019-08-09 10:09:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev