Qrossmeysterimiz rapid turnirinin üç turunda mübarizə aparacaq


Avqustun 10-da ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.
Rapid və blits üzrə keçiriləcək turnirlərdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Turnirdə, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı
şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparırlar. Turnirin birinci günündə rapid yarışlarının üç turunun oyunları keçiriləcək.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov "Grand Chess Tour 2019” seriyasının Parisdə keçirilmiş üçüncü mərhələsinin rapid və blits yarışlarında 15 xalla səkkizinci olub.


Bu yazı

6472 dəfə oxunub

Tarix

2019-08-10 18:00:19

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev