Məmmədyarov son turlarda mübarizə aparacaq


ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi çərçivəsində blitz turniri davam edir.
Təmsilçimiz Şəhriyar Məmmədyarov turnirin birinci dövrəsinin oyunlarında 2,5 xal toplayıb. Bu gün isə şahmatçımız turnirin ikinci dövrəsində, son oyunlarında mübarizə aparacaq.
Qeyd edək ki, "Grand Chess Tour 2019”-un dördüncü mərhələsi çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçımız rapid turnirini 5 xalla başa vurub. Rapid yarışlarının və blits turnirinin ilk dövrəsinin ümumi nəticələrinə görə, fransalı Maksim Vaşe-Laqrav 17,5 xalla liderdir.


Bu yazı

1321 dəfə oxunub

Tarix

2019-08-14 14:29:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev