Cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Azərbaycan Cüdo Federasiyasının 13 gənc hakiminə birinci dərəcəli hakim kitabçaları təqdim olunub. Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək ölkəmizdə idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişafından danışıb.
Federasiyanın baş katibi Elmar Babanlı çıxış edərək dərəcə alan hakimlərə gələcək karyeralarında uğurlar arzulayıb, onların arasından beynəlxalq dərəcə alaraq ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı hakimlərin yetişəcəyinə inandığını vurğulayıb.
Sonda Azərbaycan Cüdo Federasiyasının qabaqcıl gənc hakimlərinə birinci dərəcə kitabçaları təqdim edilib.



Bu yazı

6176 dəfə oxunub

Tarix

2019-08-15 13:53:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev