Türkiyə Superliqasının ilk turunun növbəti oyunları keçirilib


Futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun növbəti oyunları keçirilib.
Ötən mövsümün dördüncüsü və UEFA Avropa Liqasında çıxışını davam etdirən "Trabzonspor” səfərdə İstanbulun "Kasımpaşa” klubunun qonağı olub. Baş hakim Cüneyt Çakırın idarə etdiyi qarşılaşmada "Trabzonspor” Norveç millisinin hücumçusu Aleksandr Sorlotun (34) vurduğu qolla hesabı açsa da, meydan sahibləri Aytaç Karanın (40) bərabərlik topu sayəsində oyunda hesaba tarazlıq gətiriblər.
Beləliklə, Rəcəb Tayyib Ərdoğan adına stadionda keçirilən görüşdə trabzonsporlular mövsümün ilk matçında xal itiriblər.
Digər matçda İstanbulun "Başakşəhər” klubu səfərdə "Yeni Malatyaspor”la görüşüb. Avrokuboklarda mübarizəni dayandıran klubların qarşılaşmasından isə meydan sahibləri 3:0 hesablı qalibiyyətlə ayrılıb. "Yeni Malatyaspor”un heyətindəMarkes Qulyerme(68), Adis Jahoviç (88) və Morike Fofana (90) fərqləniblər. Beləliklə, keçən mövsüm çempionatda ikinci yeri tutmuş İstanbul təmsilçisi Superliqanı məğlubiyyətlə başlayıb, "Yeni Malatyaspor” isə üç xala sahib olub.
Xatırladaq ki, birinci turda son çempion "Qalatasaray” "Dənizlispor”a, "Beşiktaş” isə "Sivasspor”a səfərdə uduzub.
Bu gün keçirilən "Konyaspor” – "Ankaragücü” qarşılaşmasında qapılara qol vurulmayıb - 0:0. "Göztəpə” – "Antalyaspor” matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Tura avqustun 19-da keçiriləcək "Fənərbağça” - "Qaziantepspor” oyunu ilə yekun vurulacaq.


Bu yazı

3073 dəfə oxunub

Tarix

2019-08-19 11:35:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev