Tanınmış pilot Dakarda çıxış edəcək


Fernado Alonso Dakar ralli-reydində 2020-ci ildə çıxış etmək qərarına gəlib.
Sükanı arxasında əyləşəcəyi "Toyota Hilux” yolsuzluq yürüş avtomobilini ispaniyalı artıq yaz ayında Cənubi Afrikada testdən keçirib. Alonsonun komanda yoldaşı onun həmvətəni, "KTM” motosiklində Dakar yürüşünün beşqat qalibi adını qazanan 42 yaşlı Mark Koma olacaq.
Bu məlumat barədə rəsmi təsdiq hələ ki, yoxdur. Lakin Fernandonun iyun ayında, "WEC” çempionu olduqdan dərhal sonra dediklərini yada salmaq mümkündür: "Əgər mən Dakara yollanıramsa, deməli bu, uğur qazanmaqdan ötrüdür. Bu, mənim adəti üzrə yanaşmamdır. Çünki mən harada çıxış etməli olsam, bütün diqqət mənim üzərimdə cəmləşir”.



Bu yazı

2918 dəfə oxunub

Tarix

2019-08-20 11:18:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev