Çempionlar Liqasının play-off mərhələsi bu gün başlayır


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Mərhələnin ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
"Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL komandası ötən il UEFA Çempionlar Liqasının yarımfinalçısı Hollandiyanın "Ayaks” klubunu, LASK (Avstriya) isə "Brügge”ni (Belçika) qəbul edəcək.
Çexiyanın "Slaviya” klubu səfərdə ÇFR (Rumıniya) komandası ilə qarşılaşacaq.
Hər üç oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Bu yazı

2790 dəfə oxunub

Tarix

2019-08-20 12:00:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev