UEFA kiberfotbol üzrə Avropa çempionatı keçirəcək



UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Turnirdə UEFA-ya üzv olan 55 milli assosiasiyanın iştirakı nəzərdə tutulub. Yarışın seçmə mərhələsi 2019-cu ilin noyabrından dekabrınadək davam edəcək. Daha sonra yarışın püşkü atılacaq və yığmalar qruplara bölünəcək.
Final mərhələsi 2020-ci il iyulun 9-10-da Londonda keçiriləcək. Turnirin reqlamentinə əsasən, hər bir yığma komandanın heyətində 2–4 kiberfutbolçu yer alacaq. Hər bir komanda qrupdakı rəqiblərə qarşı iki oyun keçirəcək, qrup qalibləri və ikinci yerləri qazanan ən yaxşı altı komanda finalda mübarizə aparacaq.
Kiberfutbol üzrə Avropa çempionatının qalibinə pul mükafatı və "Avro 2020”nin final matçına bilet veriləcək.
Qeyd edək ki, ölkəmizdə də kiberfutbol yığmasını formalaşdırmaq üçün daxili turnirlərin keçirilməsi nəzərdə tutulub.


Bu yazı

2944 dəfə oxunub

Tarix

2019-08-21 13:01:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev