Topu ram edə bilənlərin seçim mərhələsi başlayır



Avqustun 20-dən "Avro 2020”nin azarkeşləri arasında topu ram edə bilən fristaylerlərin seçim mərhələsinə start verilir.
Sentyabrın 30-dək davam edəcək səsvermənin şərtlərinə əsasən, https://www.uefa.com/uefaeuro-2020/your-move/ keçidinə daxil olmaq və öz şəhərinizin qalibini seçmək tələb olunur. Hər şəhər üzrə yalnız iki nəfər "Avro 2020”nin fristayleri olacaq və Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək qitə birinciliyinin oyunlarında, fan-zonalarda, eləcə də kubok turlarında ölkələrini təmsil edəcək. Səsvermədə iştirak edən hər bir azarkeş birbaşa yarışa qatılacaq. Onlar futbol köynəyi, top, həmçinin finala bilet və ya ev sahibi şəhərlərin qəbul edəcəkləri oyunlardan birini izləmək şansı qazanacaqlar.
Xatırladaq ki, "Avro 2020”yə ev sahibliyi edəcək 12 şəhər üzrə yüzlərlə iştirakçı seçimə qatılmaq üçün martın 24-dən iyulun 29-dək küçə futbolu, fristayl və panna üzrə ən kreativ videolarını təqdim edib. "Avro 2020”nin rəsmi fristaylerləri, eləcə də, dünya rekordçuları Liv Kuk və Tobias Beks göndərilən videoların siyahısını nəzərdən keçirərək ən son variantı seçim üçün azarkeşlərin ixtiyarına verib.



Bu yazı

3783 dəfə oxunub

Tarix

2019-08-21 14:43:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev