“Qran-prilərin sayı aşağı salınsın”



"Williams” komandası rəhbərinin müavini Kler Uilyams Formula 1 çempionatının təqviminin 22 mərhələyədək gözlənilən genişləndirilməsinə qarşı çıxış edib. Bundan başqa, o, Qran-prilərin sayının mövsüm ərzində azaldılmasını daha münasib hesab edir.
K.Uilyamsdeyib: "Fikrimcə, bizimlimitmüəyyənetməyimizvacibdir. Bu limit ildə 21 yürüşü keçməməlidir. Şəxsən mən istərdim ki, Qran-prilərin sayı aşağı salınsın. Təkliflər artdıqca tələbat aşağı düşür. Bu, iqtisadiyyatın əsaslarındandır. Avtomobil idmanında da məhz belədir. Bundan başqa mərhələlərin həddən artıq çoxluğu çempionatı dəyərdən salır.
Həmçinin əməkdaşlar barədə də düşünmək lazımdır. Onların yüklənməsi daim arta bilməz. İri komandalar ikinci tərkibə də heyət toplaya bilərlər. Lakin bizim kimi kiçik komandalara bunun aidiyyəti yoxdur. 21-dən çox mərhələ ideyası "Williams” kimi komandalara uyğun gəlmir”.




Bu yazı

3239 dəfə oxunub

Tarix

2019-08-21 15:19:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev