Qurban Qurbanov oyun haqqında fikirlərin bildirib


Rəqibin oyunlarına baxıb təhlil etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada "Linfild”ə qarşı keçirəcəkləri Avropa Liqasının play-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
O, meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlarını bildirib. Qurban Qurbanov itkilərdən də bəhs edib: "Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadılar və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra vəziyyətə aydınlıq gələcək”.
Qeyd edək ki, oyun avqustun 22-də Belfastdakı "Windsor Park”da Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.


Bu yazı

8843 dəfə oxunub

Tarix

2019-08-22 12:42:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev