İtaliyalı məşhur motosikletçi Qran-pri zamanı ağır qəza törədib


"MotoGP” üzrə dünya çempionatında çıxış edən "Dukati” komandasının italiyalı motosikletçisi Andrea Dovitsiozo Böyük Britaniya Qran-Prisi zamanı ciddi qəza törədib.
Qəzadan sonra xəstəxanaya yerləşdirilən italiyalı sürücünün ağır kəllə-beyin travması aldığı bildirilib. İtaliyalı idmançı "Yamaha”nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşaraq asfalta yıxılıb və onun motosikleti yanıb.
Qeyd edək ki, 20 dövrədən ibarət motoyürüşdə "Suzuki” komandasının üzvü Aleks Rins birinci olub. "Honda”nın üzvü, beşqat dünya çempionu Mark Merkes yarışı ikinci, Maverik Vinyales ("Yamaha”) isə üçüncü pillədə başa vurublar.
Yarış cədvəlinə 250 xalla M.Merkes başçılıq edir. A.Dovitsiozo 172 xalla ikinci, A.Rins isə 149 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış sentyabrın 15-də İtaliyada təşkil olunacaq. Mövsümə noyabrın 17-də İspaniyada yekun vurulacaq.



Bu yazı

3697 dəfə oxunub

Tarix

2019-08-26 12:15:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev