Taekvondoçular xatirə turnirində bir araya gələcəklər


Sentyabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirəsinə həsr olunan taekvondo üzrə açıq birincilik keçiriləcək.
Yarışda 2002-2004-cü, 2005-2007-ci, 2008-2009-cu, 2010-2011-ci illər təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar.
Uşaq, yeniyetmə və gənc taekvondoçular arasında təşkil olunacaq turnirin məqsədi bu idman növünü təbliğ və inkişaf etdirmək, ən yaxşı məktəbli taekvondoçuları aşkarlamaq, yığmaya namizədləri seçmək, məktəblərdə taekvondoya marağı artırmaq, məktəbliləri bu idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, onların ustalıq səviyyəsini artırmaqdır.
Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyalarının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə beynəlxalq taekvondo qaydalarına uyğun keçirilir.
Turnirdə hər çəki dərəcəsində fəxri yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.




Bu yazı

3086 dəfə oxunub

Tarix

2019-08-26 13:23:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev