Qrossmeysterimiz Aniş Qiri ilə mübarizə aparacaq


Avqustun 25-də ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçiriləcək.
Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda hollandiyalı Aniş Qiri ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız əvvəlki turlarda olduğu kimi, son görüşü də heç-heçə başa vurub. Yeddinci turda onun rəqibi fransalı Maksim Vaşe-Laqrav olub. Ötən turun digər qarşılaşmaları da heç-heçə başa çatıb. Səkkizinci turun digər qarşılaşmalarında amerikalı şahmatçılar Hikaru Nakamura həmyerlisi Uesli So, Fabiano Karuana Hindistan təmsilçisi Vişvanatan Anand, rusiyalı Sergey Karyakin Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi ermənistanlı Levon Aronyan, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çinli Dinq Lirenlə mübarizə aparacaq.
Ş.Məmmədyarovun yeddi turdan sonra aktivində 3,5 xal var. V.Anand, D.Liren, F.Karuana 4, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı, U.So 3,5, L.Aronyan, A.Qiri və H.Nakamura 3 xal toplayıblar.


Bu yazı

2038 dəfə oxunub

Tarix

2019-08-25 13:50:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev