Beynəlxalq Boks Assosiasiyası qurumun iflası barədə düşünmür


Beynəlxalq Boks Assosiasiyası (AIBA) qurumun iflası variantını nəzərdən keçirmir. Bu barədə AIBA-nın müvəqqəti prezidenti Məhəmməd Mustasanın milli federasiyalara məktubunda danışılır.
Məktubda deyilir: "Biz AIBA-nın mümkün iflası barədə çoxlu təxminlər eşidirik və bununla əlaqədar bəyan etmək istərdim ki, bu, bizim nəzərdən keçirdiyimiz variant deyildir. Biz AIBA–nın restrukturizasiyası üzərində çalışırıq və bizim AIBA-nın sabit fəaliyyətinin təmin edilməsi üçün variantlarımız var. İcraiyyə Komitəsi AIBA-nın üzləşdiyi problemi həll etmək üçün vahid komanda şəklində işləməyə davam edir”.
BOK 2020-ci ildə Tokio Olimpiadasında boks turnirinin keçirilməsi üzrə planlarını 2018-ci il noyabrın 30-da dondurub. Bu barədə qərar AIBA barəsində araşdırma başlayandan sonra qəbul edilib. BOK qeyd edib ki, təşkilatın maliyyə, idarəçilik və etika sahələri, o cümlədən Qafur Rəhimovun AIBA başçısı vəzifəsinə təyin edilməsi suallar doğurur, çünki funksioner ABŞ Maliyyə Nazirliyinin qadağaları altındadır və o, beynəlxalq cinayətkar şəbəkə ilə əlaqəsi olmaqda şübhəli bilinir. Daha sonra Rəhimov AIBA prezidenti vəzifəsindən gedib, təşkilatın başçısı vəzifələrini mərakeşli Mustasan icra etməyə başlayıb.
May ayında BOK boks turnirini 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadanın proqramından çıxarmamaq qərarına gəlib. Bununla belə, AIBA tanınma statusundan məhrum edilib.


Bu yazı

2048 dəfə oxunub

Tarix

2019-08-30 19:28:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev