Ən yaxşı»ların 7 nominasiyası


FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb. Bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deykdir. Ümumilikdə 7 nominasiya üzrə ən yaxşı adına 3 namizədin adı bəlli olub.


Ən yaxşı kişi oyunçu

Kriştiano Ronaldo ("Yuventus”, Portuqaliya)

Lionel Messi ("Barselona”, Argentina)

Vircil Van Deyk ("Liverpul”, Hollandiya)


Ən yaxşı qadın oyunçu

Lusi Bronz ("Lion”, İngiltərə)

Aleks Morqan ("Lion”, ABŞ)

Meqan Rapinoy ("Reyqn”, ABŞ)


Ən yaxşı kişi məşqçi

Pep Qvardiola ("Mançester Siti, İspaniya)

Yurgen Klopp ("Liverpul”, Almaniya)

Maurisio Poçettino ("Tottenhem”, Argentina)


Ən yaxşı qadın məşqçisi

Jill Ellis (ABŞ, ABŞ millisi)

Fil Nevil (İngiltərə, İngiltərə millisi)

Sarina Viqman (Hollandiya, Hollandiya millisi)


Ən yaxşı kişi qapıçı

Ederson ("Mançester Siti”, Braziliya)

Alisson Bekker ("Liverpul”, Braziliya)

Mark Andre Ter-Ştegen ("Barselona”, Almaniya)


Ən yaxşı qadın qapıçı

Kristeyn Endler (PSJ, Çili)

Hedviq Lindal ("Volfsburq”, İsveç)

Sari van Venendal ("Atletiko”, Hollandiya)


"Ferens Puşkaş" mükafatı

Lionel Messi (Argentina). "Betis" - "Barselona" oyunu (17 mart 2019)

Xuan Fernando Kintero (Kolumbiya). "River Pleyt" - "Rasinq" oyunu (10 fevral 2019)

Daniel Zori (Macarıstan) - "Debretsen" - "Ferensvaroş" oyunu (16 fevral 2019)


Qeyd edək ki, qaliblərin adları sentyabrın 23-də açıqlanacaq.


Bu yazı

2043 dəfə oxunub

Tarix

2019-09-03 12:30:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev