“Renault” komandası Formula-1-də iştirak etməyə bilər


"Renault” növbəti mövsüm başa çatdıqdan sonra Formula 1 yürüşlərini tərk edə bilər.
"Renault” rəhbərliyi 2021-ci il üçün planlaşdırılan reqlamentə dəyişikliklərdən sonra komandanın çempionatdakı iştirakında məqsədyönlülüyə şübhə edir.
Hazırda "Liberty Media” və Beynəlxalq Avtomobil Federasiyası yeni sazişlər barədə komandalarla danışıqlar aparır. "Forbes”in məlumatına görə, təklif olunan mükafatların bölüşdürülmə sxemi, texniki və idman reqlamentlərinin dəyişdirilməsi ilə bağlı "Renault” komandasında şübhə yaranıb.
Cari mövsümdə "Renault” Konstruktorlar Kubokunda 43 xalla altıncı yeri tutur.



Bu yazı

7339 dəfə oxunub

Tarix

2019-09-04 10:48:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev