UFC-in qalibini silahlı şəxslər qoruyur


Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirəcəyi döyüş astanasında güclü qoruma altında saxlanılır.
Bu barədə rusiyalı idmançının komandası məlumat yayıb. "Həbib silahlı şəxslərin mühafizə etdiyui qapalı ərazidə yaşayır. Onu heç bir təhlükə gözləməsə də, bu, ona sakit şəkildə döyüşə hazırlaşması üçün lazımdır”, - deyə komandadan bildiriblər.
Dağıstanlı döyüş ustası 2018-ci ilin aprel ayında amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və oktyabrda irlandiyalı Konor Makqreqorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında maraqla gözlənilən döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində keçiriləcək.



Bu yazı

2117 dəfə oxunub

Tarix

2019-09-04 16:19:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev