Millimiz Kazanda növbəti medalı ağırlıqqaldırmada qazandı


Rusiyanın Kazan şəhərində keçirilən 27-ci Yay Universiadası davam edir. Azərbaycan idmançılarının da iştirak etdiyi yarışda idmançılarımız çıxışlara start veriblər. Milli komandamız Kazan Universiadasında növbəti medala yiyələnib. Belə ki,
Ağırlıqqaldırma üzrə millimizin üzvü Kristina Yovu 58 kq çəki dərəcəsində mükafat qazanıb. Xanım atletimiz birdənqaldırma hərəkətində mübarizəyə 100 kq sifarişlə başlayıb. İlk yanaşması uğurlu olan atletimiz sonrakı cəhddə sifarişini 5 kq artırıb. 105 kq ağırlığın öhdəsindən gələn ağırlıqqaldıranımız üçüncü cəhddə 106 kq çəkini başı üzərinə qalıdram bilməyib. Lakin buna baxmayaraq, birdənqaldırma hərəkətində 3-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində Kristina Yovu hər üç yanaşmasını uğurla yetirib. Ardıcıl olaraq 120 kq, 124 kq və 126 kq çəkinin özdəsində gələn təmsilçimiz bu mərhələni 2-ci yerdə başa vurub.

İki hərəkətin cəmində Kristina Yovu 226 kq (100 kq + 126 kq) nəticə ilə Kazan Universiadasının gümüş medalına yiyələnib.
Universiadanın qalibi 238 kq nəticə ilə (104 kq + 134 kq) Taypey idmançısı Çunq Sinq olub. Bürünc medala isə Koreya Xalq Demokratik Respublikasının idmançısı Hyo Sim Çoe (100 kq + 125 kq) layiq görülüb.
Xatırladaq ki, Kristina Yovudan əvvəl yığmanın üzvü Yuliya Derkaç 53 kq çəki dərəcəsində yarışı 5-ci yerdə başa vurmuşdu.
Yarışı zalda izləyən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mübarizə başa çatan kimi atletlər otağına gedərək, idmançımızı bu uğur münasibətilə təbrik ediblər.
Xatırladaq ki, universiadada ilk medalı millimizə 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədəli Mehdiyev qazandırıb. Atletimiz bürünc medala layiq görülüb.



Bu yazı

9599 dəfə oxunub

Tarix

2013-07-09 16:55:33

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev