Basketbol Federasiyasının prezidenti FIBA-nın Konqresində


Çinin paytaxtı Pekində Beynəlxalq Basketbol Federasiyasının (FIBA) XXI Konqresi keçirilib. Konqresdə təşkilatın yeni prezidenti və 13 nəfərdən ibarət yeni Mərkəzi Şurası seçilib. Belə ki, 156 milli federasiya nümayəndələrinin yekdil səsi ilə argentinalı Orasio Muratorenin yerinə malili Hamane Nyanq növbəti dörd il müddətinə FIBA-nın rəhbəri olacaq. Hamane Nyanq bu seçkiyədək FIBA-nın vitse-prezidenti və "FIBA Afrika”nın prezidenti vəzifəsini icra edib. Konqresdə ölkəmizi Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov təmsil edib.


Bu yazı

6564 dəfə oxunub

Tarix

2019-09-06 11:27:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev