Milli Olimpiya Komitəsində təcrübəli idman mütəxəssisinin 60 illik yubileyi qeyd olunub


Sentyabrın 6-da Milli Olimpiya Komitəsində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abıyev, baş katibin birinci müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə, təcrübəli idman mütəxəssisinin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş edilib. Ardınca tədbir iştirakçıları çıxış edərək yubilyar haqqında öz ürək sözlərini deyib, ona uğurlar arzulayıblar. Bildirilib ki, Vahid Nəzərovun Azərbaycan idmanının inkişafı üçün verdiyi töhfələr əvəzsizdir.
Tədbirin sonunda 60 yaşlı mütəxəssis bütün iştirakçılara öz təşəkkürünü bildirib.





Bu yazı

1506 dəfə oxunub

Tarix

2019-09-06 16:05:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev