Çingiz Hüseynzadə: «O, çox prinsipal və mübariz insandır»



"Biz bu gün Milli Olimpiya Komitəsinə çox əlamətdar bir günə-təcrübəli məşqçi və hakim Vahid Nəzərovun 60 illik yubileyinə toplaşmışıq. Vahid müəllimin idman uğurları çoxlarına məlumdur. O, çox prinsipal və mübariz insandır. Məhz bu xüsusiyyətinə görə də bütün məqsədlərinə və istəklərinə çatır”. Bu sözləri Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə Vahid Nəzərovun yubiley tədbirində çıxışı zamanı bildirib. MOK-un vitse-prezidenti çıxışında qeyd qeyd edib ki, Vahid Nəzərovun yeganə istəyi ağırlıqqaldırma idman növündə daha böyük uğurlar qazanmaqdır. «Mən əminəm ki, Vahid müəllim 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Olimpiya Oyunlarında ölkəmizi hakim kimi təmsil edəcək. Altmış illik yubileyinizdə sizə daha böyük uğurlar arzulayıram, Vahid müəllim», - deyə Çingiz Hüseynzadə vurğulayıb.



Bu yazı

7499 dəfə oxunub

Tarix

2019-09-06 16:35:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev