Kubokun sahibi “Liman” komandası olub


Sentyabrın 8-də AFFA və Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçulardan ibarət komandalar arasında ölkə kubokunun final oyunu keçirilib.
"ASK Arena”da keçirilmiş həlledici qarşılaşmada Lənkəranın "Liman” və Bakının "Mübariz” komandaları qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn "Liman” ölkə kubokunun qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medal və diplomlar, qalibə isə ölkə kuboku təqdim olunub.


Bu yazı

1246 dəfə oxunub

Tarix

2019-09-09 10:12:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev