Voleybolçularımız reytinqdə 11-ci pillədə qərarlaşıblar


Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 212 xal var.
Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.



Bu yazı

964 dəfə oxunub

Tarix

2019-09-12 13:00:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev