“Açıq qapı” günləri keçiriləcək



Beynəlxalq Olimpiya Komitəsi (BOK) sentyabrın 13-14-də öz qapılarını Lozanna sakinlərinin və qonaqların üzünə açacaq. Olimpiya Oyunlarının azarkeşləri, ümumiyyətlə, Olimpiya irsi ilə maraqlananlar modern üslubda inşa edilərək iyunun 23-də istifadəyə verilən BOK-un yeni binasını ziyarət edə biləcəklər.
Ziyarətçilər sərgiyə tamaşa etməmişdən əvvəl isveçrəli heykəltəraş Vinsent Du Bois tərəfindən hazırlanan, müasir Olimpiya Oyunlarının banisi hesab edilən Pyer de Kubertenin heykəli ilə tanış olacaqlar. Böyük monitorda binanın inşasının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdiriləcək.
Olimpiya evinin qonaqları üçün hər 15 dəqiqədən bir tur təşkil ediləcək və 20 nəfərlik qrup BOK-un iclas otaqlarından tutmuş BOK prezidenti Tomas Baxın kabinetinədək hər yerlə tanış olmaq imkanı əldə edəcəklər.
Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı 1915-ci ildən Lozanna şəhərində yerləşir. Beynəlxalq qurumun yeni mənzil-qərargahı BOK-un 125 illik yubileyi münasibətilə iyunun 23-də istifadəyə verilib. Bu vaxta qədər BOK-un 500 əməkdaşı şəhərin dörd müxtəlif hissəsində fəaliyyət göstərib.


Bu yazı

7602 dəfə oxunub

Tarix

2019-09-12 14:44:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev