Konte hamıdan çox qazanır


İtaliyanın "La Gazetta Dello Sport” nəşri A Seriyasında ən çox qazanan baş məşqçilərin adlarını açıqlayıb. Siyahıya Milanın "İnter” klubunun baş məşqçisi Antonio Konte başçılıq edir. 50 yaşlı mütəxəssis illik 11
milyon avro maaş alır. İkinci sırada yer alan "Yuventus”u çalışdıran Mauritsio Sarri Kontedən iki dəfə az qazanır - 5,5 milyon avro. "Napoli”nin baş məşqçisi Karlo Ançelotti isə 5 milyon avro məvaciblə 3-cü sıradadır.
İtaliya A Seriyasında ən çox məvacib qazanan məşqçilərin siyahısını oxucularımıza təqdim edirik.

1. Antonio Konte ("İnter") – 11 milyon avro 2. Mauritsio Sarri ("Yuventus") – 5,5 3. Karlo Ançelotti ("Napoli") – 5 4. Sinişa Mihayloviç ("Bolonya") – 3 5. Paulo Fonseka ("Roma") – 3 6. Canpyero Qasperini ("Atalanta") – 2,5 7. Marko Campaolo ("Milan") – 2 8. Simone İnzaqi ("Latsio") – 2 9. Eusebio Di Françesko ("Sampdoriya") – 1,8 10. Valter Matssari ("Torino") – 1,8



Bu yazı

3829 dəfə oxunub

Tarix

2019-09-13 14:49:07

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev