Penaltini qaçırdığına görə evini daşa basdılar


Syerra Leone yığmasının kapitanı Umaru Banqura DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə oyunda penaltini qaçırdığı üçün xoşagəlməz halla üzləşib. Azarkeşlər komanda üçün vacib olan qol şansını qaçırdığ üçün 31 yaşlı müdafiəçinin evini daşa basıblar. Səfərdə keçirilən ilk oyunda 1:3 hesabıyla uduzan Syerra Leone yığması, doğma meydandakı cavab görüşündə 1:0 öndə olarkən 90+5-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Amma topa yaxınlaşan Banquranın zərbəsi dəqiq olmayıb. Nəticədə, onun komandası mübarizəni dayandırıb. Evi daş-qalaq olunan futbolçu BBC-yə açıqlamasında deyib: "Həyatımın ən pis günlərindən biridir. Mən kapitan olaraq işimi gördüm. Bu qədərini gözləmirdim. Evdən çölə çıxa bilmirəm. Baş verənlərə görə çox üzgünəm. Eyni zamanda hər kəsdən üzr istəyirəm”


Bu yazı

3744 dəfə oxunub

Tarix

2019-09-13 15:20:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev