İngiltərə Premyer liqasının beşinci turunun oyunları keçirilib


Sentyabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasında beşinci turun növbəti oyunları keçirilib.
Turun son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk oyununda "Everton” səfərdə "Bournemouth” komamdasına 3:1 hesabı ilə məğlub olub. London təmsilçisi "Arsenal” isə hesabda iki top irəli olsada, "Votford” ardıcıl fərqlənərək heç-heçə ilə kifayətlənib.
Xatırladaq ki, sentyabrın 14-də İngiltərə Premyer Liqasının iki favoriti sayılan "Mançester Siti” və "Liverpul” növbəti görüşlərini keçirib. "Mançester Siti” səfərdə "Norviç Siti” komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. "Liverpul” isə səfərdə "Nyukasl” komandasını 3:1 hesabı ilə məğlub edib. "Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla "Mançester Siti” və 8 xalla "Tottenhem” klubları tutur.

Turun digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Brayton” - "Börnli” - 1:1,

"Volverhemton” - "Çelsi” - 2:5,

"Mançester Yunayted” - "Lester Siti” - 1:0,

"Tottenhem” - "Kristal Palas” - 4:0,

"Şeffild Yunayted” - "Sothempton” - 0:1.

Qeyd edək ki, tura sentyabrın 16-da "Aston Villa” - "Vest Ham” oyunu ilə yekun vurulacaq.


Bu yazı

4084 dəfə oxunub

Tarix

2019-09-16 15:10:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev