Azərbaycanlı nərd ustası «Krım payız festivalı»nda ikinci oldu


Bu yaxınlarda Ukraynanın Evpatoriya şəhərində nərd yarışı üzrə «Krım payız festivalı» keçirilib. 40-dan artıq ölkəni təmsil edən nərd ustalarının mübarizəsində ölkəmizi üç nəfərlə təmsil olunub. 10 günə yaxın davam edən yarışda təmsilçilərimiz nərdin uzun və döymə növlərində iştirak ediblər. Festivalda komandamızın üzvü Aslan Dəmirov nərdin uzun növü üzrə yarışlarda ikinci yerə layiq görülüb. Turnirə Sankt-Peterburqdan yaşayan, lakin ölkəmizi təmsil edən Elxan Atayev döymə növündə eyni nəticəni göstərib. Bununla da Azərbaycanın nərd ustaları «Krım payız festivalı»ını 2 gümüş medalla başa vurublar.
Beynəlxalq yarışda uğurla çıxış edən komandamızın üzvü Aslan Dəmirov bu günlərdə redaksiyamızın qonağı olub. Qəbələdə yaşayan təmsilçimiz yarışla bağlı təəssüratlarını «Olimpiya dünyası» qəzeti ilə bölüşüb.
«Bildiyiniz kimi, yarışda Azərbaycanı 3 nərd ustası təmsil edirdi. Sevindirici haldır ki, 3 iştirakçıdan ikisi mükafatçılar sırasında yer aldı. Yarışın mükafatlandırma mərasimində kubok və qiymətli hədiyyələrlə təltif olunduq. Bundan başqa mənə Rusiya Yazıçılar İttifaqının üzvü, «Lermontov» ordeni mükafatçısı Viktor Paapunun «Nərd» kitabı da təqdim edildi. Yeri gəlmişkən qeyd edim ki, həmin kitabdan dünyanın ən yaxşı «nərdçi»ləri barəsində məlumat yer alıb. «Nərd» kitabında
mənim haqqımda da qısa məlumata rast gəlmək olar», - deyə Aslan Dəmirov deyib.
Azərbaycanın ən güclü nərd ustalarından biri olan Aslan Dəmirovun uğuru bununla bitmir. O, müxtəlif illərdə ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də qalib və mükafatçılar sırasında yer alıb. "Bu günə qədər beynəlxalq turnirlərdə iştirak edərək ölkəmizi layiqincə təmsil etmişəm. 8 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer almışam. Bundan başqa 15-dəfə mükafatalayiq nəticələr göstərmişəm. Beynəlxalq turnirlərlə yanaşı, ölkədaxili yarışlarda da uğurlarım kifayət qədərdir», - deyə o bildirib.



Bu yazı

4835 dəfə oxunub

Tarix

2019-09-27 17:52:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev