Yeniyetmə cüdoçularımızdan tarixi nəticə



Qazaxıstanın Almatı şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. 61 ölkədən 460 (254 oğlan, 206 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Ölkəmizi yarışda 18 (10 oğlan, 8 qız) cüdoçu təmsil edib. Çempionatın fərdi yarışlarında Azərbaycan cüdoçuları iki medal qazanıblar. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov mundialın gümüş medalını qazanıb. Cüdoçumuz Vüqar Talıbov bürünc medala layiq görülüb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu, millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır.
Çempionatın sonuncu günündə cüdoçular komanda yarışlarında mübarizə aparıblar. Millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. 1/8 finalda Çin Taypeyinə, 1/4 finalda isə Avstraliya yığmasına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıblar. Gərgin keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb.
Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan milli komandamız dünya birinciliyində ikinci yeri tutub.


Bu yazı

5010 dəfə oxunub

Tarix

2019-09-30 10:00:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev