AFFA müraciət edəcək


AFFA rəhbərliyi Avropa Liqasının II tur matçında Lüksemburqda keçirilən "Düdelanj” və "Qarabağ” qarşılamasında baş verən erməni təxribatına reaksiya verib.
Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadiona qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.
Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.


Bu yazı

2127 dəfə oxunub

Tarix

2019-10-04 14:21:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev