Naftalanda cüdo üzrə region yarışları keçirilib



Naftalanda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə region birinciliyi keçirilib. Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.
Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar,
Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Mingəçevirdə davam etdiriləcək.


Bu yazı

1754 dəfə oxunub

Tarix

2019-10-06 11:13:07

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev