Dünya karatesinin ”Brilyant”ı qızıl medal həsrətinə Moskvada son qoydu



Rusiyanın paytaxtı Moskvada keçirilən "Karate-1” Premyer Liqa turnirinə yekun vurulub. Azərbaycan karateçiləri nüfuzlu yarışda üç medal qazanıblar. Yarışda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev mərakeşli Yassin Sekuri, Rodriqo İbanez (İspaniya) və Slovakiya təmsilçisi Matus Lieskovskini məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda karateçimizin rəqibi İran təmsilçisi Bəhmən Əsgəri olub. Rəqibinə qalib gələn R.Ağayev turnirin finalına yüksəlib. Beşqat dünya çempionumuz qızıl medal uğrunda görüşdə qazaxıstanlı Yermek Aynəzərovu üstələyərək uzun müddətdən sonra qızıl medala layiq görülüb.

Digər karateçimiz İrina Zaretska (68 kq) Braziliya təmsilçisi Natalia Spiqolon, danimarkalı Ketrin Pederson və çinli Linqlinq Tanqı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Marina Pakoviçə (Monteneqro) qalib gələn İ.Zaretska turnirin finalına adlayıb. Həlledici görüşdə çinli Qonq Liyə qalib gələn İ.Zaretska Premyer Liqa turnirinin qızıl medalını qazanıb.

Nuranə Əliyeva (50 kq) isə turniri üçüncü pillədə başa vurub.

"Karate -1” Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışıb.



Bu yazı

1903 dəfə oxunub

Tarix

2019-10-06 12:36:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev