“Neftçi”dən minimal hesablı qələbə


Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Turun ikinci matçında "Neftçi” komandası "Səbail”i qəbul edib. "Bakcell Arena”da keçirilən görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 41-ci dəqiqəsində Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib.
Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.
Bu qələbədən sonra xalını 11-ə çatdıran "Neftçi" "Keşlə" ilə "üçlüy"ü qapayır. Bu komandalar lider "Qarabağ"dan 7 xal geri qalırlar. Hesabında 10 xal olan "Səbail" isə 4-cü pilləyə d
Qeyd edək ki, həftənin açılış matçında "Sumqayıt" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.


Bu yazı

1911 dəfə oxunub

Tarix

2019-10-06 22:21:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev