Azərbaycan Universal Döyüş Federasiyasına yeni vitse-prezident təyin edilib



Oktyabrın 14-də Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) İcraiyyə Komitəsinin iclası keçirilib. İcraiyyə Komitəsinin qərarı ilə Samir Əhmədov federasiyanın yeni vitse-prezidenti vəzifəsinə təyin edilib. Samir Əhmədov həmçinin AUDF-un İcraiyyə Komitəsinə də üzv seçilib. Yeni vitse-prezidenti federasiyanın kollektivinə təqdim edən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov yeni işində ona uğurlar arzulayıb. O, ölkəmizdə adıçəkilən idman növünün inkişafı istiqamətində görülən işlərdən danışaraq, bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiya prezidenti qeyd edib ki, bu ilin sonunda universal döyüşçülərimizi məsul bir yarış-dünya çempionatı gözləyir. Komandanın mötəbər yarışa ciddi hazırlaşdığını deyən Azər müəllim dünya çempionatında yüksək nəticələrin əldə olunacağına inandığını qeyd edib. Ona bəslənilən etimada görə təşəkkürünü bildirən yeni vitse-prezident universal döyüş idman növünün inkişafı, kütləviləşməsi, bu sahədə nailiyyətlərin daha da artması istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb. Samir Əhmədov bildirib ki, qarşısında dayanan əsas vəzifə regionlarda bu idman növünün təbliğ və inkişaf etdirilməsi, məşqçilərlə işin düzgün təşkili, yeniyetmə və gənclərin bu sahəyə cəlb olunaraq yüksək nəticələr qazanmalarına nail olmaqdır.


Bu yazı

3302 dəfə oxunub

Tarix

2019-10-14 15:30:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev